Günün kuponu – 24.03.2023

Günün kuponu – 24.03.2023

Çexiya – Polşa QOL/QOL
Çexiya AÇ-2024-ün seçmə mərhələsinə Polşa ilə oyunla başlayır. Çexlər son yoldaşlıq ouununda Türkiyəyə 1:2 hesabı ilə uduzublar. Polşa isə Qətərdə keçirilən dünya çempionatında 1\8 finalda Fransaya məğlub olaraq, mübarizəni dayandırmışdı. Portuqaliyanın sabiq baş məşqçisi Fernandu Santuş Polşanın sükanı arxasında ilk matçına Praqada çıxacaq. Polşalıların heyəti daha güclü təsir bağışlasa da, Çexiya öz meydanında oynadığından şanslar bərabər qiymətləndirilir.

Fransa – Niderland – 1
Son dünya çempionatının finalçısı seçmə mərhələyə güclü rəqib – Niderlandla görüşlə start verir. Meydan sahiblərində Didye Deşam postunda qalıbsa, Niderlandda Lui van Qalı Ronald Kuman əvəzləyib. Fransada kapitanlıq sarğısının Mbappeyə verilməsi ilə bağlı söz-söhbət yaransa da, düşünmürəm ki, bu nəticəyə təsir göstərsin. Mbappe, Jiru, Qrizzmann kimi futbolçuları olan Fransa dolu “Stad de Frans”da qələbə üçün əlindən gələni edəcək.

Serbiya – Litva ÜST 2,5
Son dünya çempionatında qrupdan çıxa bilməyən Serbiya Belqradda qrupun autsayderi kimi göstərilən Litvanı qəbul edəcək. Pribaltikalılar son 3 oyunlarını məğlubiyyətlə başa vurublar. Deyan Stoykoviçin komandası böyük hesabla da qalib gələ bilər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Ən yaxşı gənc məşqçilər

Növbəti yazı

Sürpriz kupon – 24.03.2023