Günün kuponu – 24.03.2022

Günün kuponu – 24.03.2022

Braziliya – Çili – 1

Pelenin həmyerliləri artıq Qətərdəki dünya çempionatını düşünür. 15 oyunda qapısından 5 qol buraxan sambaçılar hücumdada inamlı təsir bağışlayır. Son iki tur ərəfəsində Çilinin vəziyyəti çətindi. Altıncı pillədə qərarlaşan Çiliyə son oyunlarda qələbə çox önəmlidi. 

Cənubi Koreya – İran – ALT2.5

Xorvat məşqçi Draqan Skoçiçin gəlişindən sonra İran millisində müsbət dəyişiklik hiss olunur. Bu oyunda iki əsas hücumçunun iştirakı sual altındadır. Mehdi Taremi və Alirza Caxanbakş koronavirusa yoluxub. Matç böyük önəm kəsb etmir. Hər iki komanda mundialda iştirakını təsdiqləyib.

Moldova – Qazaxıstan – QOL/QOL

UEFA Millətlər Liqasında üz-üzə gələn komandaların oyun planında müəyyən problemlər var. Komandalar son illərdə yalnız yoldaşlıq görüşlərində qarşılaşıb. Moldova əksər oyunlarda qələbə qazana bilməyib. Qeyd edək ki, bu mərhələnin oyunlar iki matçdan ibarət olacaq.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Sakramento”nun iki oyunçusu mövsümü bitirdi

Növbəti yazı

Sürpriz kupon – 24.03.2022