Günün kuponu – 23.07.2024

Günün kuponu – 23.07.2024

Bodo Glimt – Rigas Futbola Skola 1
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi başlayır. Norveçdə “Bodo Glimt” ilk oyun üçün sərfəli nəticə qazanmağa çalışacaq. Qonaqların heyətlə bağlı problemləri həll olunmayıb. Son altı oyunda evdə uduzmayan meydan sahiblərinin Latviya təmsilçisini üstələyəcəyini düşünürəm.

Malmo – Ki Klaksvik ÜST2.5
İlk mərhələdə Lüksemburq klubunu üstələyən “Klaksvik” indi İsveçə yollanır. Son dəfə mayın 5-də məğlubiyyət acısı yaşayan “Malmo” cütün favoriti sayılır. Meydan sahibləri aşkar üstün olduqları rəqibə güzəştə gedəcəyi inandırıcı deyil. Fikrimcə bu oyunda ÜST2.5 seçimi özünü doğruldacaq.

FC Lugano – Fenerbahce 2
Yoldaşlıq görüşlərində qələbələri sıralayan komandalar avrokuboklarda uğurlu seriyanı davam etdirmək niyyətindədir. Joze Mourinyonun rəhbərlik etdiyi sarı lacivərdliləri böyük ümid bəslənilir. Səfərdə oynamasına rəğmən “Fənər”in qələbə qazanacağına inanıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Klublarımızın potensial rəqibləri müəyyənləşdi

Növbəti yazı

Sürpriz kupon – 23.07.2024