Günün kuponu – 22.12.2023
“Qəbələ” – “Sabah” 2
Hər iki komanda yaxşı durumda deyil. Amma “Sabah”ın heyəti rəqibindən qat-qat güclüdü. Elə bu faktorun sonda həlledici amil olacağını düşünürəm.
“Mançester Siti” – “Fluminense” 1
Pep Quardiolanın komandası möhtəşəm ili daha bir titulla bitirməyə hazırlaşır. “Mançester Siti” bu məqsədə çatmağa yaxındı. Klublararası dünya çempionatının qalibi olmağa ən real namizəd bu matçdan qələbə ilə ayrılmasa əsl sensasiya olar.
“Salernitana” – “Milan” 2
A Seriyasının autsayderi ilə qarşılaşmada “Milan”ın xal itirmək ehtimalı çox azdı. Qonaqlar son turda “Monza”nı 3:0 hesabı ilə darmadağın etdikdən sonra daha bir inamlı qələbə qazana bilər. Zənnimcə, yaxşı vəziyyətdə olmayan meydan sahibləri ad-sanlı rəqibə ciddi müqavimət göstərə bilməyəcək.