Günün kuponu – 22.04.2023
“Borussiya Dortmund” – “Ayntraxt” – QOL/QOL
Qələbə hər iki komandaya çox lazımdır. Dortmundlular “Bavariya” ilə çempionluq mübarizəsi aparır, 7-ci pillədə yer alan “Ayntraxt” isə avrokubok zonasına düşməyə çalışır. Tərəflər arasındakı görüşlər məhsuldarlığı ilə diqqət çəkir. Öz aralarındakı son 14 oyundan 13-də qarşılıqlı qollar vurulub. Fikrimcə, bu dəfə də hər iki komanda hücum potensialından lazımınca istifadə edəcək.
“Mayns” – “Bavariya” – 2
“Bavariya” Çempionlar Liqasında “Mançester Siti” ilə hər 2 oyunda və bundesliqada “Hoffenhaym”la matçda qələbə qazana bilməyib. 3 oyunluq qələbəsizliyə məncə, “Mayns”la görüşdə son qoyulacaq. Qələbə həm də münhenlilərə liderliyi qorumaq üçün lazımdır.
“Real Madrid” – “Selta” – 1ci hissə cüt şans 12
Bu matçın bol qollu keçəcəyini düşünürəm. Fikrimcə, artıq ilk yarıda hesab açılacaq və tərəflərdən biri fasiləyə hesabda üstün yollanacaq.