Günün kuponu – 22.02.2024
Bodo Qlimt – Ayaks 1
Norveç təmsilçisi evdə rəqib tanımır. Son illərdə bütün komandalar üçün Bodo Qlimt səfəri ağır keçir. Ayaksla səfər heç-heçəsini evdə xeyirlərinə dəyişəcəklərinə inanıram. Ağır günlərini yaşayan Ayaks üçün süni örtüklü meydançada çətin olacaq.
Renn – Milan QOL/QOL
Milan ilk oyunda cütün taleyini həll edib. Cavab oyunu Renn üçün nüfuz matçı olacaq. Odur ki, açıq futbol olacağını və qarışılıqlı qolların vurulacağını güman edirəm.
Ferentsvaroş – Olimpiakos 1
Macarıstan çempionu səfərdə məğlub olsa da, uduzmağa layiq oyun göstərmədi. Doğma azarkeşləri önündə işləri daha asan olacaq. Ferentsvaroşun Olimpiakosu məğlub etməyə qadir komanda olduğunu düşünürəm. Günün kuponunda macarların qələbəsinə mərc etmək olar.