Günün kuponu – 22.01.2024

Günün kuponu – 22.01.2024

Napoli – İnter QOL/QOL
Etopaz İtaliya Super Kubok matçına mərc etməyi təklif edir. Səudiyyə Ərəbistanında keçirilən oyunu stadiondan 25 min azarkeş izləyəcək. Belə oyunlarda aşkar favorit olmadığı hamıya məlumdur. Əsas vaxtda tərəflərin hərəyə 1 qol vuracağına inanıram.

Kayserispor – İstanbulspor 1
Superliqanın autsayderi cari tur Kayseridə qonaq olacaq. 2024-cü ildə evdə qələbəyə həsrət olan “Kayserispor”un uğursuzluğa son qoyacağını düşünürəm. Qonaqlar həmişə səfərdə oynamaqda çətinlik çəkib. Fikrimcə bu dueldə ev sahiblərinə inanmaq olar.

Qvineya Bisau – Nigeriya ALT2.5
Afrika Millətlər Kubokunda qrup mərhələsinin son turu. Nigeriya millisinə ikinci yeri təmin etmək üçün 1 xal kifayət edir. Bu matçda Nigeriyadan müdafiə futbolu gözləyirəm. Ona görə məhsuldar nəticə gözləntim yoxdur.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Bakı derbisində qolsuzluq

Növbəti yazı

Sürpriz kupon – 22.01.2024