Günün kuponu – 22.01.2022
“Lids” – “Nyukasl” – 2,5 üst
19-cu sırada qərarlaşan “Nyukasl” “batan gəmi”dən qaçmağa çalışır. “Lids”in də vəziyyəti o qədər yaxşı deyil. Fikrimcə, “Nyukasl” bu oyunda “dişi-dırnağı” ilə xal qazanmağa çalışacaq. Hər iki komandanın məhsuldarlığı aşağı olsa da, müdafiə xətləri bərbad gündədir. Ona görə 2,5 üst variantına inanıram.
“Latsio” – “Atalanta” – 2,5 üst
“Latsio”nun A seriyasının son 9 turunda bütün oyunları 2,5 üstlə bitib. Bəlkə də “artıq bəsdir” düşünüb 2,5 alt variantını fikirləşmək olardı. Amma statistika imkan vermir. Tərəflərin son 6 duelinin hamısında qapılara azı 4 qol vurulub. Məncə, ənənə bu görüşdə də davam edəcək.
“Bohum” – “Köln” – 2
“Köln” bundesliqada 3 ardıcıl qələbədən sonra “Bavariya”dan ağır zərbə aldı – 0:4. Sonra Almaniya Kubokunda 2-ci bundesliqa klubu “Hamburq”a uduzaraq mübarizəni dayandırdı. Ardıcıl 3-cü məğlubiyyətə inanmıram. Oyun 2 variantını daha real sayıram.