Günün kuponu – 21.07.2022
“Molde” – “Elfsborq” – ALT2.5
Komandalar rəsmi matçlarda ilk dəfə üz-üzə gələcək. Norveç çempionatında uğurlu çıxış edən “Molde” dogma meydanda təhlükəli rəqib hesab olunur. Qonaqların isə son matçlarda bəxti gətirmir. Son 4 matçda 5 xal toplayan “Elfsborq” ilk oyunda qapısını toxunulmaz saxlamağa çalışacaq.
“Sparta” – “Vikinq” – Q/Q
Praqa komandası son 2 ayda dogma meydanda uduzmayıb. Son 4 matçda 7 xal toplayan “Vikinq” hazırda yaxşı formadadır. Ona görə səfərdə komandanın meydanı qolsuz tərk edəcəyinə inanmıram. Bu mənada qol\qol seçimini daha real sayıram.
“Rakov Czestokova” – “Astana” – ÜST2.5
Polşa Super Kubokunda “Lex” üzərində 2-0 hesablı qələbə qazanan “Rakov” ortabab heyətə malikdir. Təxminən bərabər səviyyəli rəqiblərin duelində aşkar favorit göstərmək çətindir. Son oyunlarda məhsuldar nəticə ilə diqqəti cəlb edən Qazaxıstan təmsilçisinin səfərdə uduzacağına inanmıram.