Günün kuponu – 21.06.2023
Gürcüstan (U-21) – Portuqaliya (U-21) 2
Gürcüstan Tiflisdə Boris Payçadze stadionun dolu tribunaları önündə Portuqaliya ilə qarşılaşacaq.
Portuqaliya qonşu ölkənin də ev sahibliyi etdiyi Avropa çempionatının favoritlərindəndir. Portəgizlər son qitə çempionatının finalında Almaniyaya uduzaraq (0:1) gümüş medal qazanmışdılar.
Belçika (U-21) – Niderland (U-21) QOL/QOL
Əliyar Ağayevin idarə edəcəyi matçda aşkar favorit yoxdur.
Niderland gəncləri son oyunları elə də yaxşı keçirmirlər. Komanda son iki görüşdə qalib gələ bilməyib. Yaponiya ilə matç 0:0, Çexiya ilə qarşılaşma isə 1:1 hesabı ilə yekunlaşıb.
Belçika və Niderlandın U-21-ləri arasında son 3 oyun qarşılıqlı qollarla başa çatıb.
Ukrayna (U-21) – Xorvatiya (U-21) QOL/QOL
Ötən mövsümü “Sabah”da keçirmiş Aleksey Kaşuku Ukrayna yığmasında izləmək maraqlı olacaq.
Xorvatiya son yoxlama matçında İngiltərə üzərində qələbə qazanıb – 2:1.
Ukrayna isə iyunun 16-da İrlandiya ilə qarşılaşıb və bərabərə qalıb – 2:2.
Hər iki komandanın hücum xəttində səviyyəli futbolçular var. Qarşılıqlı qollar gözləyirəm.