Günün kuponu – 20.12.2021
“Fulhem” – “Şeffild Yunayted” – ÜST2.5
Çempionşipdə lider “Fulhem“ evdə “Şeffild Yunayted”i qəbul edəcək. 21 turdan sonra “Şeffild Yunayted” 29 xalla 14-cü yerdədir. Meydan sahiblərinin məhsuldarlığı yüksəkdir. “Fulhem” çempionşipdə ən çox qol vuran komandadır – 51 qol. Premyer liqaya qayıtmağa çox yaxın olan “Fulhem” bu oyunda xal itirməməlidi. Qonaqlar da meydanı qolsuz tərk etməyəcək.
“Leççe” – “Vinçenza” – 1
“Leççe” 31 xalla 4-cü yerdədir. Liderləri izləməklə irəliləmək şansı var. Ardıcıl qələbələr “Leççe”ni A seriyaya vəsiqə verən ilk pillələrə qaytaracaq. Son üç oyunda məğlub olan “Vinçenza”nın bu matçda da xilas olacağını düşünmürəm.
“Braqa” – “Belenenses” – 1
25 xalla 4-cü olan “Braqa” üçün xal toplamağa əla imkan yaranır. Doğma meydanda autsayder “Belenenses”i qəbul edən “Braqa” Portuqaliya Kuboku və UEFA Avropa Liqası daxil olmaqla son 3 matçda qələbə üzünə həsrətdi. Bu oyun azarkeşlər qarşısında bəraət almaq üçün əla fürsətdi. “Braqa”nın fürsətdən istifadə edəcəyini düşünürəm.