Günün kuponu – 20.09.2024

Günün kuponu – 20.09.2024

Kalyari – Empoli 1

Empoli daha çox ev komandası təsiri bağışlayır. Eyni sözləri Kalyariyə də aid etmək olar. Kalyari Seria A-da yerini qorumaq üçün Empoli kimi rəqiblərlə görüşdə mütləq qələbə qazanmalıdır. Məncə belə də olacaq.

Hatayspor – Bodrumspor QOL/QOL

Bu görüşdə aşkar favorit yoxdur. Amma hər iki komandanın hücum potensialını qeyd edə bilərik. Məhz bu səbəbdən hər iki komandanın meydanı qol vurmadan tərk etməyəcəyini ehtimal edirəm.

Alaves – Sevilya 2,5 ÜST

Bəlkə də çoxları buna inanmayacaq. Amma hər iki komandanın açıq futbol oynayacağına inamım böyükdür. Odur ki, bu görüşdə ən azı 3 qolun vurulacağını düşünürəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Premyer Liqa təmsilçisində kütləvi ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 20.09.2024