Günün kuponu – 19.11.2021

Günün kuponu – 19.11.2021

“Ausburq” – “Bayern Münhen” – üst 2,5

Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra çempionatın lideri “Ausburq” səfərinə yollanır. Meydan sahiblərinin bir neçə aparıcı futbolçusu komandasına kömək edə bilməyəcək. “Bayern Münhen”in son 5 oyunu üst 2,5-lə yekunlaşıb. Ümid edirəm ki, ənənə davam edəcək.

“Mexelen” – “Klub Brügge” – 2

Turnir cədvəlində “Brügge” 3-cü, “Mexelen” 4-cü yeri tutur. Amma Çempionlar Liqasında da çıxış edən “Brügge”nin heyəti daha güclüdür. Son iki oyunda qalib gələ bilməyən “Brügge” səfərdə 3 xal qazanaraq “qara zolaq”dan çıxa bilər. “Mexelen”in meydanında keçirilən son 2 matçda “Brügge”nin rahat qələbə qazandığını nəzərə alsaq, bu dəfə də 2 gözləyə bilərik.

“Zenit” – “Nijni Novqorod” – 1

Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən əvvəl “Ural” səfərində xal itirən Piter klubu meydana tam motivasiya ilə çıxacaq. Əsas heyət oyunçularından Klaudinyo cəzalı, Duqlas Santos isə zədəlidir. Amma geniş heyəti olan “Zenit” üçün bu, bir bəhanə olmamalıdır. Sergey Semakın komandası təhlükəli zonada olan “Nijni Novqorod”la görüşdə aşkar favoritidir.

“Ausburq” – “Bayern Münhen” – üst 2,5 – 1,25

“Mexelen” – “Klub Brügge” – 2 – 1,76

“Zenit” – “Nijni Novqorod” – 1 – 1,10

Ümumi əmsal: 2,42

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

“Reyncers”də yeni baş məşqçi

Növbəti yazı

Sürpriz kupon – 19.11.2021