Günün kuponu – 19.06.2024

Günün kuponu – 19.06.2024

İnternasional – Korintians 1

“İnternasional” bu cütün favoritidir. Qonaqlar mövsümə yaxşı başlamayıblar. Görünən odur ki, bu il onlar üçün çox çətin olacaq. Zənnimcə “İnternasional” asan qələbə qazanacaq.

Xorvatiya – Albaniya QOL/QOL

Çoxları Albaniyanı autsayder kimi görür. Amma albanların qrupda hər kəsə başağrısı olacağını güman edirəm. Zənnimcə, Silvinyonun komandası Xorvatiya qapısına yol tapa biləcək. Xorvatların hücum potensialını da nəzərə alsaq, qol-qol seçimini tövsiyə edirəm.

Almaniya – Macarıstan 1

Şotlandları ağır məğlubiyyətə uğradan Almaniya nəinki qrupun, həm də Avro 2024-ün favoritidir. “Bundestim”in macarlarla görüşdə əziyyət çəkməyəcəyi qənaətindəyəm. Onlar doğma azarkeşləri önündə asan qələbə qazanacaqlar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Xorvatiya millisində ciddi itki

Növbəti yazı

Sürpriz kupon – 19.06.2024