Günün kuponu – 19.04.2023
“İnter” – “Benfika” ALT2.5
Səfərdə 2-0 hesablı qələbə qazanan neradzura bu dəfə “Benfika” ilə evdə qarşılaşır. Qonaqlar Portuqaliya çempionatı daxil olmaqla ardıcıl üç matçda məğlub olub. Bununla belə neradzuranın cavab matçında da qələbə qazanacağını düşünürəm.
“Bayern Münhen” – “Mançester Siti” Qol sayı tək
İlk matçda 0-3 hesablı məğlubiyyətə uğrayan alman qol maşını evdə revanş almaq iddiasındadır. “Bavariya” kimi komanda cavab matçında üçdən çox qol vura bilər. Amma ingilislərin səfərdə açıq futbol oynayacağına inanmıram.
“Kayserispor” – “Kasımpaşa” QOL/QOL
Qonaqlardan 12 xal öndə olan meydan sahibləri ötən tur “Qalatasaray”a uduzub (0-6). Statistikaya əsasən son beş görüşdə “Kayserispor” “Kasımpaşa”dan güclü olub. Bu oyunda hər iki tərəfin qol vuracağını fikirləşirəm.