Günün kuponu – 18.11.2021

Günün kuponu – 18.11.2021

“Flamenqo” – “Korintians” – 1

Çox yaxşı formada olan “Flamenqo” hazırda ikinci pillədə qərarlaşıb. Son 5 oyunda 11 xal toplayan meydan sahibləri evdə çox inamlı təsir bağışlayır. Qonaqlar isə səfərdə çətinliklə qələbə qazanır. Ona görə görə seçimim “Flamenqo”nun qələbəsidi.

“Palmeyras” – “San Paulu” – 1

Bu komandalar turnir cədvəlində bir-birində uzaqda qərarlaşıb. “Palmeyras” Libertadores Kubokuna vəsiqə uğrunda mübarizə aparır. “San Paulu” isə A seriyasında qalmaq üçün xal toplayır. Meydan sahiblərinin favorit olduqlarını sübut edəcəklərini düşünürəm.

“Kuiaba” – “İnternasional” – ALT2.5

Braziliya çempionatının son 3 turunda yalnlz 1 xal toplayan “Kuiaba” geriləməkdə davam edir. Meydan sahibləri 1 xalı “Şapokoense” ilə 0-0 oynadıqları matçda əldə edib. Qonaqları 7-ci pillədədir və Libertadores Kubokuna vəsiqə uğrunda mübarizəni davam etdirir. “İnternasional” səfərdə hücum qurmaqda çətinlik çəkir. Fikrimcə azarkeşləri məhsuldar oyun gözləmir.

“Flamenqo” – “Korintians” – 1 – 1.52

“Palmeyras” – “San Paulu” – 1 – 1.83

“Kuiaba” – “İnternasional” – ALT2.5 – 1.52

CƏMİ: 4.17

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Zidan “Mançester Yunayted”i çalışdırmaqdan imtina etdi

Növbəti yazı

Sürpriz kupon – 18.11.2021