Günün kuponu – 18.09.2021
“Atletiko Madrid” – “Atletik Bilbao” – qol/qol
Bu komandaların son 3 oyununda qol/qol qeydə alınıb. “Atletiko” çərşənbə günü Çempionlar Liqasında “Portu” ilə çətin oyun keçirib – 0:0.
Bask klubu isə “Malyorka” qələbəsindən (2:0) sonra istirahət etməyə imkan tapıb. Marselino Qarsiya Toralın çalışdırdığı “Atletik” bu mövsüm hələ ki uduzmayıb.
Paytaxt klubunda “Portu” ilə matçda əvəzlənən Toma Lemarın meydana çıxması sual altındadır.
Ümid edirəm ki, “Vanda Metrapalitano”da qol/qol görə biləcəyik.
“İnter” – “Bolonya” – 1
“İnter” A seriyasında ötən tur “Sampdoriya” səfərində iki dəfə önə keçsə də, üstünlüyünü saxlaya bilmədi – 2:2.
Həftə ortasında isə doğma divarlar arasında ÇL-də “Real”a uduzdu. Odur ki, azarkeşlərin etimadını yenidən qazanmaq üçün mütləq “Bolonya”nı məğlub etmək gərəkir.
Əfsanəvi Sinişa Mixayloviçin “Bolonya”sı çempionata pis başlamasa da, düşünürəm ki, “İnter” bu şansı əldən verməz. Odur ki, bu qarşılaşmadan 1 gözləyirəm.
“Salernitana” – “Atalanta” – 2
Luis Muriel və Hateburun olmaması “Atalanta”ya ilk oyunlarda xeyli təsir göstərir. Qasperinin komandası ötən tur “Fiorentina” səfərində xalsız qaldı. Amma matçın sonunda qonaqların böyük təzyiqi zamanı Florensiya klubunun da bəxti gətirdi. “Atalanta” həftəiçi ÇL-də “Vilyarreal” səfərindən 1 xal gətirə bildi.
3 oyunun hamısında uduzan “Salernitana” çempionatın aşkar autsayderlərindəndir.
Məncə, “Atlanta” üçün səfərdə qələbə çətin olmamalıdır. Odur ki, bu oyuna 2 “ata” bilərsiz.
“Atletiko Madrid” – “Atletik Bilbao” qol/qol. [nowbetnow-dynamic dyn_code=622]
“İnter” – “Bolonya” 1. [nowbetnow-dynamic dyn_code=621]
“Salernitana” – “Atalanta” 2. [nowbetnow-dynamic dyn_code=620]
Ümumi əmsal: 3,79