Günün kuponu – 18.06.2024

Günün kuponu – 18.06.2024

Türkiyə – Gürcüstan
Qolvuranlar: Kvaratsxeliya – İstənilən vaxt

Avro 2024-də debüt matçında Gürcüstanın qardaş Türkiyəyə qarşı oyunu diqqətdə olacaq. “Ay-ulduzlular”da “Real”ın futbolçusu Arda Gülər, gürcülərdə isə Xviça Kvaratsxeliyanın komandaya necə kömək edəcəyini görmək maraqlıdır. Gürcülərin heyətində Xviçanın qol vuracağına mərc gəlmək istəyirəm. Fikrimcə, Kvaratsxeliya meydanı qolsuz tərk etməyəcək.

Portuqaliya – Çexiya
Qolvuranlar: Ronaldo – İstənilən vaxt

Bu dueldə rekordçu Kristiano Ronaldonu diqqətdə saxlamağı təklif edirəm. İştirak etdiyi Avropa çempionatlarında 14 qolla rekordçudur! Bu oyunda da Ronaldunun qol vuracağına ümid edirəm. Altıncı qitə çempionatında 15-ci qol – niyə də yox?!

Əl İttihad – Əl Əhli 2
Ehtiyatda 8 oyunu olan qonaqlar liderdən 20 xal geri qalır. “Əl Əhli” həm də Misir Premyer Liqasında ən çox qol vuran komandadır. Statistikaya əsasən meydan sahibləri cəmi 1 oyunda heç-heçə oynayıb. Digər matçlarda “Əl Əhli”yə uduzan “Əl İttihad”ın uğur qazanacağına inam azdır.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Sautqeytdən rekord

Növbəti yazı

Sürpriz kupon – 18.06.2024