Günün kuponu – 18.06.2022
Kristiansund – Bode Qlimt 2
Norveç çempionatının son qalibi avrokuboklarda da səs salmağı bacarmışdı. Amma “Bode Qlimt” yeni mövsümə o qədər də uğurlu start verməyib. Odur ki, titulu qorumaq üçün artıq toparlanıb xallar yığmağa başlamaq lazımdı. Çempionatın aşkar autsayderi olan meydan sahibləri bunun üçün uyğun rəqibdi.
Helsinki – Oulu 1
“Oulu” bu mövsüm pis təsir bağışlamasa da, “Helsinki” oyunun favoritidi. Çempionluq uğrunda mübarizə aparan paytaxt təmsilçisi lider “KuPS Kupio” ilə eyni xal toplasa da, rəqibindən 1 oyun az keçirib və bu mübarizədə daha da geri düşməmək üçün mütləq qalib gəlməlidi. Daha güclü meydan sahiblərinin qələbəni əldən verəcəyi inandırıcı görünmür.
Kavasaki – Konsadole Sapporo 1
Komandalar arasında keçirilmiş son 5 oyundan dördünü “Kavasaki”, birini isə “Konsadole Sapporo” udub. J Liqa-da son iki oyunda gözlənilməz məğlubiyyət alan meydan sahibləri buna baxmayaraq yenə də daha şanslı görünür. Kubokdakı son oyunda rəqibin darmadağın edilməsi çempionun qonaqlara da çətin anlar yaşadacığının anonsudu.