Günün kuponu – 18.03.2024

Günün kuponu – 18.03.2024

“Vilaverdense” – “CF Os Belenenses” – cüt şans X2

Portuqaliya 2-ci liqasında son 2 pillədə qərarlaşan komandaların dueli. 25 oyunda eyni sayda – 16 xal toplayan bu komandaları ən yaxın “qonşu”dan 8 xal ayırır. Liqada qalmaq şansını artırmaq üçün qələbə hər 2 tərəfə “hava-su kimi” lazımdır. Əslində matçın daha çox heç-heçə bitəcəyini düşünürəm. Amma daha “sığortalı” olsun deyə, “CF Os Belenenses”in cüt şansına mərc edirəm.

“Krouli” – “Stokport” – QOL/QOL

İngiltərənin 2-ci liqasında hazırda 2-ci yerdə olan “Stokport” üst liqaya 3 birbaşa vəsiqdən birinə əsas namizədlərdəndir. 36 turda 69 qol vuran komandanın hücum xəttinə söz ola bilməz. “Krouli” isə 10-cu sırada qərarlaşsa da, bir qələbə ilə 1-ci liqaya vəsiqə verən pley-off zonasna (4-7-ci yerlər) yüksələ bilər. 36 oyunda top balansı 53-52 olan “Krouli”dən həm qol buraxacağını, həm də vuracağını gözləmək olar. Statistika da bunu deyir: tərəflər arasında indiyədək baş tutan 3 qarşılaşmanın hər birində azı 3 top vurulub və hamısında qarşılıqlı qollar qeydə alınıb.

“UTA Arad” – “Voluntari” – 30-cu dəqiqəyə kimi QOL/XEYR

Rumıniya çempionatının reqlamentinə görə bu həftədən “UTA Arad” və “Voluntari” da daxil 8 komanda çempionluq və avrokubok mübarizəsi aparan “səkkizlik”dən ayrılaraq liqada qalmaq uğrunda mübarizə aparacaq. Hər iki komandanın hücum xətti qol vurmaqda çətinlik çəkir. Aralarındakı son 5 qarşılaşmaın da hamısı 2,5 alt bitib. Belədə bu oyunda ilk 30 dəqiqədə hesabın açılacağını gözləmirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Osimhen yenidən zədələndi

Növbəti yazı

Sürpriz kupon – 18.03.2024