Günün kuponu – 16.10.2023

Günün kuponu – 16.10.2023

Bosniya və Hersoqovina – Portuqaliya ÜST2.5
Meydan sahiblərinin ikinci yeri tutmaq şansları qalır. Ronaldonun komandası isə artıq 2024-cü ildə keçiriləcək Avropa çempionatına vəsiqəni təmin edib. Fikrimcə bu matçda qonaqlar əsas heyətin bəzi üzvlərinə istirahət verəcək.

İslandiya – Lixtenşteyn ÜST2.5
Lüksemburqla heç-heçə oynayan İslandiya ikinci yeri tutmaq şansını itirib. Cırtdanlarla oyunda İslandiya azarkeşlərini inamlı qələbə ilə sevindirməyə çalışacaq. Qrupdan çıxmasalar belə bu oyunda məhsuldar qələbə gözləyirəm.

Belçika – İsveç 1
Meydan sahibləri birinci pilləni təmin etmək üçün bu matçda qələbə qazanmalıdı. Belçika Avro-2024-ə vəsiqəni artıq qazanıb. Evdə oynadıqları oyunda meydana qələbə üçün çıxacaqları məlumdur. İsveçə görə bu oyun yalnız nüfuz məsələsidir. Qonaqlar onsuz ilk iki pillə uğrunda mübarizədən kənarda qalıb.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Qrinvud “Mançester Yunayted”ə dönmək istəmir

Növbəti yazı

Sürpriz kupon – 16.10.2023