Günün kuponu – 16.07.2024

Günün kuponu – 16.07.2024

Ballkani – Santa Koloma 1

Çempionlar Liqasında təsnifat mərhələsinin cavab oyunları davam edir. İlk oyunda 2-1 hesablı qələbə qazanan Kosova komandası indi evdə meydana çıxacaq. Avrokubok təcrübəsi çox az olan Andorra təmsilçisinin sürpriz edəcəyinə inanmıram. Kosova klubunun qələbəsinə mərc gəlmək olar.

HİK Helsinki – Panevejis QOL/QOL

Yaxşı günlərini yaşamayan “HİK” səfərdə 0-3 hesablı məğlubiyyət acısı yaşayıb. Litva klubunun səfərdə turu uduzacağı real deyil. Amma finlərin meydandan qolsuz ayrılmayacağını düşünürəm.

Linkoln Red İmps – Hamrun QOL/QOL

İlk oyunda Cəbəllütariq komsndası 1 qolla qələbə qazanıb. Lakin Malta klubunun səfərdə asan təslim olacağını düşünmək olmaz. Bu oyunda qonaqların qol-qolla mərhələ adlayacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Şakiridən vida

Növbəti yazı

Sürpriz kupon – 16.07.2024