Günün kuponu – 15.11.2023

Günün kuponu – 15.11.2023

İsrail – İsveçrə – 2

Fələstinlə münaqişə səbəbindən İsraildə futbol sahəsi də iflic olub. 1 aya yaxındır çempionat dayandırılıb. Milli komanda yalnız xaricdə çıxış edən oyunçuların ümidinə qalıb. Onlar da 3 gün əvvəl Kosovo millsi ilə matçda İsraili məğlubiyyətdən xilas edə bilmədilər (0:1). İsrail yığması AVRO-2024-ə vəsiqə uğrunda əsas rəqiblərindən olan İsveçrəyə də uduzarsa, gələn yay Almaniyaya getmək şansını itirəcək. Belə vacib oyunu isə onlar məlum səbəblərdən neytarl meydanda – Macarıstanda keçirəcək. Belə çətin vəziyyətdə İsrail millisi əla heyətə malik İsveçrənin qələbəsinə məncə, mane ola bilməyəcək.

Belçika – Serbiya – 1-ci hissə cüt şans 12

Noyabrın 19-da seçmə mərhələin son turunda Azərbaycan millisini qəbul edəcək Belçika yığması rahatdır. Bu tur istirahət edən “qırmızı iblislər” Serbiya ilə yoxlama matçında qüvvəsini sınayacaq. Təxminən yaxın səviyyəli komandaların yoldaşlıq oyunlarında isə istənilən nəticəyə hazır olmaq lazımdır. Fikrimcə, ilk yarı yekjunlaşanda hesabda bərabərlik olmayacaq.

Konqo DR – Mavritaniya – 1

Afrikada Dünya Kuboku-2026-ya vəsiqə uğrunda mübarizənin ilkin mərhələsinə start verilir. 6 yığmanın yer aldığı qrupda yalnız 1-ci yeri tutan komanda 2=ci seçmə mərhələyə yüksəlir. Qrupun favoriti Seneqal sayılsa da, yaxşı heyətə malik Konqo millisi də sürpriz edə bilər. İlk turda isə onların Mavritaniyaya qalib gələcəyini güman edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün şansı – 14.11.2023

Növbəti yazı

Sürpriz kupon – 15.11.2023