Günün kuponu – 14.08.2022
“Çelsi” – “Tottenhem” – QOL/QOL
İkinci turda iki London klubu üz-üzə gəlir. “Çelsi” birinci tur “Everton” üzərində minimal 1:0 hesabla qalib gəlib. Güclü iki transfer edən “Tottenhem” isə “Soutqempton”u 4:1 darmadağın edib. Bu london derbisində açıq aydın kiməsə üstünlük vermək düzgün olmaz. Biz azarkeşləri çox gözəl və gərgin oyun gözləyir. Ən düzgün bu oyuna proqnoz qol-qoldur.
“Lorient” – “Lion” – QOL/QOL
Bu qarşılaşmaya proqnoz tərtib edəndə nələrə diqqət yetirmək lazımdır. Fransa çempionatı yenicə start götürüb. Hər iki komanda qələbə ilə başlayıb. Ev sahibi səfərdə 0:1 “Renn” üzərində qələbə qazanıb. “Lion” isə doğma divarlar arasında 2:1 “Ayaçço”nu məğlub edib. Aralarındaki son 5 oyunun tarixinə baxsaq hamısında qollar olub. Ehtimal olunur ki, bu oyunda qol-qolla bitəcək.
“Honnover”96 – “Reqensburq” – QOL/QOL
Almaniyanın Bundesliqası-2 də 4 cü tura start verilir. Ev sahibinin 3 turdan sonra cəmi 1 xalı var. Qonaq komanda çempionata yaxşı start verib 7 xalla liderlik edir. Hər iki komanda hücumda qollar vura bilir. Amma nəzərə almalıyıq ki ev sahibi çoxda buraxır. “Honnover”öz meydanında son dəfə “Reqensburq”la heç-heçə oynamışdır. Bu qarşılaşmada hər bir nəticə ola bilər. Risk etmədən vəziyətlərini nəzərə alıb nəticəni qol-qollu proqnozlaşdırıram.