Günün kuponu – 14.07.2023
“Şelburn” – “Bohemians” QOL/QOL
İrlandiya çempionatında qonşu pillələrdə qərarlaşan komandaları bir-birindən 4 xal ayırır. Qonaqların aktivində 11 qələbə var, onlar 5-ci pillədə qərarlaşıb. Hər iki komanda qeyri-stabil oyun sərgilədiyinə görə qol\qol seçimi daha uyğun görünür.
“Yuni Kollej Dublin” – “Droeda” ÜST2.5
Meydan sahibləri turnirin autsayderidir. Aktivində 9 xalı olan “Dublin” çempionatı tərk etmək təhlükəsi ilə üzləşib. Qonaqlar son 3 matçda qələbəyə həsrət qalıb. Son 3 oyunda cəmi 2 xal toplayan “Droeda” səfərdə rəqibə şans verməyəcək.
“Atloun Taun” – “Qalvey” Qol sayı – TƏK
İrlandiya Birinci Divizionunda lider olan “Qalvey” ən yaxın izləyicini 13 xal qabaqlayır. Qonaqlar yüksək dəstəyə vəsiqə qazanmağa ən real namizəd sayılır. Ötən tur xal itirən “Qalvey” bu dəfə də sürpriz edə bilər.