Günün kuponu – 13.12.2022
“Şamaxı” – “Zirə” 2
Cari ildə “Şamaxı” paytaxt təmsilçisinə qalib gəlməyib. Ən yaxşı halda heç-heçə oynayıblar. Digər tərəfdən “Zirə”nin qeyri-stabil oyun nümayiş etdirdiyini unutmayaq. Fikrimcə mükafatçılar sırasında düşmək istəyən Bakı klubu səfərdə qələbə qazanmalıdı.
“Qarabağ” – “Qəbələ” QOL/QOL
Ölkə kubokunda heç-heçə (2-2) oynayan klublar indi milli çempionatda üz-üzə gələcək. Qonaqlar avrokuboklara vəsiqə qazandıran yerlərdən uzaqlaşmamaq üçün qələbə qazanmalıdı. Amma Ağdam klubu rəqibdən ən azı iki dəfə güclü heyətə malikdir. Çempionat matçında meydan sahiblərinin doğma stadionda xal itirəcəyi inandırı görünmür.
Argentina – Xorvatiya QOL/QOL
Dünya çempionatının yarımfinal matçı olduqca gərgin anlarla yadda qalacaq. 2018-ci ilin dünya çempionatında Xorvatiya Argentinaya qalib gəlib (3-0). 1998-ci ilin mundialında isə Maradonanın həmyerliləri 1 qolla qələbə qazanıb. Bu matçda hər iki komandadan qol gözləyirəm.