Günün kuponu – 12.11.2023
“Liverpul” – “Brentford” 1
24 xalla ev sahibi turnir cədvəlinin 3 cü pilləsində qərarlaşıb. Qonaq komanda 16 xalla 9 cu yerdədir. “Liverpul” liderdən cəmi 3 xal geri qalır. Ona çatmaq üçün əla şans yaranıb. Yəqin ki bu fürsəti qaçırmaz və növbəti qələbəni qazanar.
“Aston-Villa” – “Fulhem” 1
Keçən tur ev sahibi məğlub oldu. Çempionata yaxşı start verən kollektivə bənzəmədilər. Amma ona baxmayaraq ev oyunlarında güclü komanda təsiri bağışlayırlar. Liderlər qrupundan qopmamaq üçün mütləq bu oyunda qələbə qazanmalıdırlar.
“Çelsi” – “Mançester”S 2
Bu qarşılaşma ” Çelsi” üçün növbəti sınaq matçı olacaq. Keçən turda 9 nəfərlə qalan “Tottenhem” üzərində qələbə qazandılar. Heç də bu qün onların güclü olduqları anlamına gəlməməlidir. Çempionatın liderinə qarşı oynayacaq. Lider heç bir komandanı bağışlamaq fikrində deyil. Sonda qonaq komanda 3 xalını qazanacaq.