Günün kuponu – 11.03.2022

Günün kuponu – 11.03.2022

“Atletiko Madrid” – “Kadis” – 1 [nowbetnow-dynamic dyn_code=1216]

Çempionlar liqasına vəsiqə uğrunda mübarizə aparan “Atletiko” İspaniya La Liqasında ardıcıl 3 oyunda qələbə qazanıb. Madrid klubu Çempionlar Liqasında evdə “Mançester Yunayted”lə bərabərə qaldı və hələ də növbəti mərhələyə yüksəlmək şansı qalır.

“Kadis” isə La Liqada qalmaq üçün çalışır. Komanda hazırda təhlükəli yerdə – 18-ci pillədədir. Amma “Kadis” 4 turdur ki, uduzmur. “Vanda Metrapalitano”da aşkar favorit meydan sahibləri olacaq. “Atletiko”nun heyətində itkilər çox olsa da, belə görüşdə qələbəni əldən vermək olmaz.

“Lill” – “Sent Etyen” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1217]

“Lill” 23-cü turda PSJ-yə böyük hesabla uduzduqdan sonra 4 oyundur məğlub olmur. Son çempion axırıncı matçda “Klermont”un qapısından 4 cavabsız top keçirdi.

“Sent Etyen” isə indi heç də yaxşı günlərini yaşamır. Komandanı təhlükəli zonadan cəmi 1 xal ayırır. Oyunun favoriti “Lill” hesab olunsa da, düşünürəm ki, qonaqlar səfərdə 1 qol vura bilər. Odur ki, qol/qol variantına üstünlük verirəm.

“Vest Bromviç” – “Haddersfild” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1218]

“Haddersfild” yəqin ki, ən pis halda İngiltərə Premyer Liqasına yüksəlmək üçün pley-off oyunlarına vəsiqə əldə edəcək. Hazırda 3-cü yeri tutan klubun 2-ci pillədəki “Bornmut”la xalları eynidir.

“Vest Bromviç” son 3 oyunda öz meydanında qələbə qazana bilməyib. Komanda səfər görüşlərində daha yaxşı təsir bağışlayır.

“Haddersfild” isə son 3 səfər qarşılaşmasında 5 qol vurub. Düşünürəm ki, bu dəfə də hər iki komandanın fərqlənmək şansları var.

Elnur Məmmədlidən ən son “Günün Kuponu”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

“Mançester Siti”dən 6,5 milyonluq transfer

Növbəti yazı

Sürpriz kupon – 11.03.2022