Günün kuponu – 11.01.2024
“Sivasspor” – “Qalatasaray” 2
Hər iki komanda yaxşı formadadı. “Fənərbağça” ilə eyni xalı olan qonaqlar liderlikdən düşməmək üçün mütləq qalib gəlməlidi. “Qalatasaray”ın səviyyə fərqini ortaya qoyacağını düşünürəm.
“Trabzonspor” – “Samsunspor” 1
“Trabzonspor” çempionatda üçüncü yerdə gedir və qarşısına böyük hədəflər qoyur. “Samsunspor” isə 17-ci pillədədi və elitanı tərk etmək qorxusu var. Trabzonluların fantastik azarkeş dəstəyilə rahat qələbə qazanacağını güman edirəm.
“Barselona” – “Osasuna” 1
İspaniya Superkubokunun yarımfinal matçının aşkar favoriti “Barselona”dı. Komandalar arasında son 10 oyundan 7-si katalonların qalibiyyətilə bitib, “Osasuna” isə cəmi 1 qələbəyə sevinib. Bu dəfə də istisna olmayacağını təxmin edirəm.