Günün kuponu – 15.09.2021
“Lokomotiv” – “Marsel” – QQ
Ötən mövsümün bürünc mükafatçısı olmaqla “Lokomotiv” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Cari mövsüm məğlubiyyətsiz irəliləyən dəmiryolçuların aktivində 4 qələbə və 3 heç-heçə var. Bununla belə “Loko” müdafiədəki problemləri tam həll etməyib. Ötən mövsüm islahatlara başlayan “Marsel”in son oyunları məhsuldar nəticə ilə diqqəti çəkir. Üstəlik Xorxe Sampaolinin komandası həm qol vurur, həm də qol buraxır. Rusiyada “Lokomotiv”in rəqibi cəzalandıracağını düşünürəm. Bu mənada fransızların səfərdən qolsuz qayıtmayacağını fikirləşirəm.
“Olimpiakos”-“Antverpen” – 1
Çempionlar Liqasından kənarda qalan “Olimpiakos” indi Avropa Liqasında uğurlu çıxış etməyə çalışır. Doğma meydanda oynadığı son 11 matçda cəmi 1 dəfə uduzan yunanlar Avroliqaya uğurlu start götürmək üçün son dəqiqəyədək mübarizə aparacaq. “Antverpen”in səfərdə ciddi müqavimətlə üzləşəcəyini düşünürəm. Fikrimcə “Olimpiakos” Avroliqaya qələbəylə başlayacaq.
“Reyncers” – “Lion” – QQ
Bu görüşdə aşkar favorit yoxdur. Hər iki komanda hücum futbolu oynamağı sevir. Şotlandiya çempionu Çempionlar Liqasına vəsiqə qazana bilmədi. Əvəzində “Reyncers” Avroliqada mümkün qədər irəli getməyə çalışacaq. Şotlandların evdə qol vuracağını düşünürəm. Eyni zamanda fikrimcə “Lion” rəqibin müdafiədəki səhvlərindən istifadə edəcək.
“Lokomotiv” – “Marsel” – QQ (1.74)
“Olimpiakos” – “Antverpen” – 1 (1.66)
“Reyncers” – “Lion” – QQ (1.60)
Yekun əmsal: 4.62