Günün kuponu – 10.10.2022
“Nottingem Forest” – “Aston Villa” 2
Meydan sahibləri premyer liqanın ən uğursuz komandasıdır. 1 qələbə, 1 heç-heçə ilə 4 xal toplayan “Nottingem Forest” liqanı tərk etməyə əsas namizəd sayılır. “Aston Villa” 8 xalla 14-cü yerdədir. Statistikaya əsasən meydan sahibləri “Aston Villa”nı son dəfə 2017-ci ildə məğlub edib.
“Fiorentina” – “Latsio” QOL/QOL
Tərəflər arasında böyük uçurum yaranıb. “Fiorentina” 8 oyunda 9 xal toplamaqla 11-ci yerdədir. Komandanın oyunları gələcəyə ümid bəsləməyə imkan vermir. Aktivində 17 xalı olan “Latsio” 5-ci pillədədir. Son iki oyunda “Latsio” qələbəyə sevinib. Bu dəfə qol\qol seçimini real hesab edirəm.
“Elçe” – “Malyorka” ÜST2.5
7 turdan sonra “Malyorka” orta pillələrdə qərarlaşıb. “Elçe” aşkar autsayder olduğunu qəbul edib. Meydan sahibləri əksər matçlarda meydanı məğlub tərk edir. Maraqlıdır ki, klubların son beş görüşündə dördü heç-heçə ilə yekunlaşıb. “Elçe” La Liqada qapısında ən çox qol izləyən klubdu. Bu oyunda məhsuldar nəticə gözləntisi bizi təəccübləndirməməlidi.