Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sürpriz kupon – 10.10.2022
“Başakşəhər” – “Sivasspor” QOL/QOL
İki oyun az keçirən “Başakşəhər” liderdən 1 xal geri qalır. Cari mövsüm inamlı təsir bağışlayan meydan sahibləri cütün favoriti sayılır. Amma superliqada sürpriz nəticələrə tez-tez rast gəlinir. Sivaslıların meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.
“Trabzonspor” – “Kasımpaşa” 1
Turnir cədvəlində bir-birilərinə yaxın klubları 4 xal ayırır. 2020-ci ildən indiyə qədər Trabzon təmsilçisi rəqibə xal verməyib. Son 4 matçda meydan sahibləri qələbə qazanıb. Qonaqların sürpriz edəcəyinə inanmıram.
“Altay” – “Rizəspor” ÜST2.5
Türkiyə 1-ci liqasında rəqibdən az oyun keçirməsinə baxmayaraq rizəlilər 9 xal toplayıb. Statistika meydan sahiblərinin tərəfindədir. Son görüşlərdə “Altay” rəqib üzərində 4 qələbə qazanıb. 1 görüş qolsuz bərabərliklə yekunlaşıb. Heyət baxımından meydan sahibləri üstün sayıla bilər.