Günün kuponu – 10.09.2022
“Bavariya” – “Ştutqart” – QOL/QOL
“Bavariya”nın nə qol vurmağı, nə də top buraxmağı qeyri-adi sayılmır. Münhen klubu ən zəif rəqibdən belə qol buraxa, amma əvəzinə 4,5,6 topla çıxa bilər. Ona görə bu matç üçün qol/qolu uyğun variant sayıram.
“Leypsiq” – “Borussiya Dortmund” – 2,5 ÜST
“Leypsiq” ötən tur “Ayntraxt”, 4 gün əvvəl isə Çempionlar Liqasında “Şaxtyor”la oyunlarda qapısından 4 qol buraxıb. Hücum futbolu göstərən Dortmund klubu üçün bu rəqibə qol və ya qollar vurmaq çətin olmayacaq. “Leypsiq”in də rəqibə “borclu” qalmayacağını düşünürəm.
“Marsel” – “Lill” – QOL/QOL
6 turdan sonra “Lill”in top balansı göz oxşayır: 13:13. Hücum məhsuldar, müdafiə etibarsız. “Marsel” də 6 oyuna 13 qol vurub, amma qapısında cəmi 3 top görüb. Fikrimcə, hər 2 komandanın hücum xətti bu oyunda sözünü deyəcək.