Sürpriz kupon – 10.09.2022
“Ayntraxt”-“Volfsburq”- 2,5 ÜST
Hər iki komandanın müdafiəsi zəif təsir bağışlayır. 5 oyuna “Volfsburq” 10, “Ayntraxt” 11 qol buraxıb. Qələbə üzünə həsrət “Volfsburq” 6-cı turda uğursuzluğa “dur” demək üçün var gücünü səfərbər edəcək. 3 gün əvvəl ÇL-də öz evində “Sportinq”dən ağır zərbə alan (0:3) Frankfurt təmsilçisi isə “acığını” bundesliqanın autsayderindən çıxmağa çalışacaq. Belədə 2,5 üst variantı daha real görünür.
“Şalke” – “Bohum” – 2,5 ALT
Autsayderlərin dueli. Hər iki komandanın müdafiəsi bərbaddır, 5 oyuna “Şalke” 12, sonuncu sırada xalsız qərarlaşan “Bohum” isə 15 qol buraxıb. Sadəcə, hər iki komandada hücum xətti də zəif oynadığından 2,5 üst yox, məhz alt variantına güvənirəm. Bu matçda “Bohum”un ilk xal və ya xallarını qazanacağını da istisna etmirəm.
“Porto” – “Çaves” – 2,5 ÜST
Son 4 turda uduzmayan “Çaves”i ciddi sınaq gözləyir. Çempionlar Liqasından “Atletiko”ya məğlubiyyətlə (1:2) dönən “Porto” Madriddə qaçırdığı qol imkanlarının əvəzini bu oyunda çıxmağa çalışacaq.