Günün kuponu – 10.05.2022
“Barselona” – “Selta” 1 [nowbetnow-dynamic dyn_code=1405]
Viqo klubunun La Liqanı tərk etmək təhlükəsi yoxdur. Ona görə də “Kamp Nou” səfərində Eduardo Koudetin komandasının elə də güclü motivasiyası olmayacaq. “Barsa” isə son matçlarını qələbə ilə bitirmək istəyir.
Ötən mövsüm “Selta”nın “Kamp Nou”da qələbə qazanmasını Kataloniya klubu yəqin ki, unutmayıb. “Barselona”nın heyətində itkilər olsa da, düşünürəm ki, meydan sahibləri sensasiyaya imkan verməzlər.
“Aston Villa” – “Liverpul” 2 [nowbetnow-dynamic dyn_code=1406]
Yurgen Kloppun komandası ötən tur “Tottenhem”lə oyunda xal itirərək çempionluq işini çətinə saldı. “Liverpul” artıq lider “Mançester Siti”dən 3 xal geri qalır.
Kloppun komandası ardıcıl ikinci oyunda da xal itirməz.
2020-ci ilin oktyabrında Birmingem klubu “Liverpul”u öz meydanında 7:2 hesabı ilə məğlub etsə də, son 3 matçın hamısında Merssisayd təmsilçisi qalib gəlib.
“Valensiya” – “Betis” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1407]
Bu komandalar bir neçə gün öncə İspaniya kubokunun finalında üz-üzə gəldilər. Həmin matçda “Betis” oyunsonrası penalti zərbələrində qalib gələrək titulu qazandı.
“Valensiya” La Liqada artıq 6 oyundur qalib gələ bilmir.
Pelleqrinin komandası da son vaxtlar liqada yaxşı təsir bağışlamır. “Betis” bundan əvvəl ardıcıl 4 oyunda qələbə qazanmayıb.
Bu komandalar arasında son 3 oyunda qol/qol qeydə alınıb. Bu dəfə də qarşılıqlı qollar gözləyirəm.