Günün kuponu – 08.07.2022
“Şelburn” – “Finn Harps” 1
“Şelburn” 3 oyundur qələbə qazana bilmir. Komanda son turda “Sliqo Rovers”lə səfər matçından məğlub ayrılmışdı. “Şelburn” “Finn Harps”la görüşə “qara zolaq”dan çıxılacaq an kimi baxır.
“Finn Harps” 8 oyundur qələbə qazana bilmir.
“Şelburn” son 3 matçda “Finn Harps”ı məğlub edə bilməyib. Bu dəfə vəziyyət fərqlidir.
“Treati Yunayted” – “Lonqford” QOL/QOL
“Treati” “Kork Siti “yə 0:5 uduzduqdan sonra ötən tur 3 xal əldə etdi.
“Lonqford” isə 3 ardıcıl qələbəsiz oyundan sonra ötən tur aktivinə 3 xal yazdı.
Bu komandalar arasında son iki oyun 0:0 bitib, amma istənilən statistika bir gün başa çatır.
İspaniya (qadınlar) – Finlandiya 1
İspaniya indiyə qədər Finlandiya ilə 5 dəfə qarşılaşıb və bütün oyunlarda qələbə qazanıb. Ümumiyyətlə, İspaniya yığması 23 oyundur məğlub olmur. Komanda sonuncu dəfə 2020-ci ilin martında ABŞ-a uduzmuşdu.