Günün kuponu – 07.06.2023

Günün kuponu – 07.06.2023

“Beşiktaş” – “Konyaspor” – 2,5 ÜST

Türkiyə superliqasının son turunda əksər oyunların bol qollu keçəcəyini düşünürəm. Çoxillik təcrübə bunu deyir. Komandaların heç birinin son tura hədəfi qalmayıb. Ona görə rahat oynayıb, azarkeşlərə “futbol keyfi” yaşadacaqlarını gözləyirəm. Matça mərc edib, millimizin hücumçusu Mahir Emrelinin oyununa daha həyəcanla baxmaq olar.

“İstanbulspor” – “Ümraniyespor” – 1

“Ümraniyespor”un məsələsi aydındır: komandanın superliqanı tərk edəcəyi dəqiqləşib. “İstanbulspor” isə eyni aqibəti yaşamamaq üçün son turda qələbə qazanmalıdır. Əks təqdirdə, “Giresunspor” “Antalyaspor” üzərində qələbə ilə “İstanbulspor”u aşağı liqaya göndərə bilər.

“Ankaragücü” – “Adana Dəmirspor” – 1-ci hissə cüt şans 12

Sopn tur hər iki komanda üçün formal xarakter daşıyır. İstənilən nəticə gözləniləndir. Fikrimcə, komandalar ilk yarını bitirəndə hesabda bərabərlik olmayacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

100 milyonluq təklif

Növbəti yazı

Sürpriz kupon – 07.06.2023