Günün kuponu – 06.12.2023

Günün kuponu – 06.12.2023

“Saarbruken”-“Ayntraxt” – 1-ci hissə cüt şans 12

Almaniya Kubokunun 1/8 finalında “Ayntraxt” 3-cü bundesliqa təmsilçisi ilə qarşılaşacaq. Növbəti mərhələyə vəsiqənin taleyi bir oyunla həll olunduğundan tərəflər bütün gücünü ortaya qoyacaq. Kubok matçlarının (xüsusən də Almaniyada) adətən məhsuldar keçdiyini nəzərə alsaq, bu oyunda hesabdakı bərabərliyin fasiləyə qədər pozulacağını təxmin edirəm.

“Bayer” (Leverkuzen) – “Paderborn” – 2,5 ÜST

Bu mövsümdə hələki heç bir turnirdə uduzmayan Leverkuzen klubu 3 gün əvvəl bundesliqada “Borussiya” ilə matçda xal itirdi. Təcrübə göstərir ki, belə möhtəşəm formada olan komandalar çox nadir hallarda ardıcıl 2 oyun “büdrəyir”. Məncə, “Bayer” “Borussiya” ilə matçdakı xal itkisinin heyfini kubokun 1/8 finalında “Paderborn”u “top atəşi”nə tutmaqla çıxacaq.

“Luqano” – “Bazel” – 2,5 ÜST

İsveçrə liqası üçün xarakterik mərc variantlarından biridir. Hətta hazırda İsveçrədə havanın kəskin qarlı-şaxtalı olması belə, məncə, bu matçın bol qollu keçməsinə mane olmayacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Van de Bek “Barselona”nın hədəfində

Növbəti yazı

Sürpriz kupon – 06.12.2023