Günün kuponu – 06.03.2024
“Sportinq” – “Atalanta” – QOL/QOL
Avropa Liqasının 1/8 final mərhələsinə Portuqaliyada start veriləcək. Hücum potensialı yetərincə yüksək olan 2 komanda qarşılaşacaq. “Sportinq” oynadığı son 9 matçın hamısında qol vurub. Berqamo klubunun hazırda belə bir seriyası olmasa da, onlardan Lissabon səfərində qol gözləyirəm.
“Mançester Siti” – “Kopenhagen” – künc zərbələri 1-ci hissə – “Mançester Siti”
“Siti” ilk oyunda 3:1 qalib gəlməklə məsələni böyük ölçüdə həll edib. Bununla belə öz meydanında da çətin ki, danimarkalılara şans versin. Fikrimcə, əksər oyun komponentlərində, o cümlədən kornerlərdə mançesterlilər rəqibini üstələyəcək. Biz bunu artıq oyunun ilk yarısında görəcəyik.
“Real Madrid” – “Leypziq” – 2,5 ÜST
İlk oyun “Real”ın 1:0 hesablı qələbəsi ilə bitib. Almanların itiriləsi nəyisə qalmayıb. Fikrimcə, riskə gedərək açıq futbol oynayacaqlar. “Real”a da elə bu lazımdır.