Günün kuponu – 05.06.2023
“Hamburq” – “Ştutqart” QOL/QOL
Cari mövsüm bundesliqanın autsayderi “Ştutqart” yüksək dəstədə qalmaq uğrunda mübarizəni davam etdirir. İkinci bundesliqanın üçüncüsü olan “Hamburq” ilk görüşdə 0-3 hesablı məğlubiyyətə üzülüb. Cavab görüşündə möcüzə baş verməsə qonaqlar yeni mövsümü bundesliqada keçirəcək.
“Skovde” – “Eskilstuna” QOL/QOL
İsveç çempionatının 11-ci turunda autsayderlər qarşılaşıb. 10 oyunda cəmi 2 qələbə qazanan “Eskilstuna” 13-cü yerdədir. Qələbəyə həsrət olan meydan sahibləri son pillədə qərarlaşıb. Bu oyunda komandaların açıq futbol oynayacağını düşünürəm.
“Trelleborq” – İK Braqe ÜST 2.5
Rəqibdən cəmi 1 xal çox toplayan qonaqlar 9-cu sırada olmaqla “Trelleborq”u 2 pillə qabaqlayır. Statistikaya əsasən “Braqe” son üç ildə bu komandanı məğlub edə bilməyib. 3 xal qazanan komanda turnir cədvəlində ciddi irəliləyiş edəcək. Bu səbəbdən ÜST2.5 seçimini real hesab edirəm.