Günün kuponu – 05.03.2024
Bayern Münhen – Latsio – ən çox qolun vurulduğu hissə – 2-ci hissə
“Bayern” ilk oyunda uduzsa da, bu cütün favoritidir. Zənnimcə Almaniya çempionu “Latsio”nu məğlub edəcək. Amma ilk dəqiqələrdən risk almayacaqlarının qənaətindəyəm. “Bayern” 2-ci hissədə riskə gedəcək. Odur ki, daha çox qolun fasilədən sonra vurulacağına inanıram.
Əl-Hilal – Əl-İttihad – 2,5 ÜST
Bu komandalar bu dəfə Asiya Çempionlar Liqasında üz-üzə gələcəklər. Bu mövsüm rəqib “tanımayan” “Əl-Hilal” yenə favoritdir. Buna rəğmən “Əl-İttihad”ın da asan təslim olmayacağını düşünürəm. Məncə bu görüşdə azarkeşlər bol qollu qarşılama izləyəcəklər. Odur ki, 2,5 Üst seçimi daha doğru seçim olar.
Bredford – Donkaster – 2,5 ÜST
Bu dueldə kimin qələbə qazanacağını demək çətindir. Amma açıq futbol oynanılacağını ehtimal etmək olar. Rəqəmlər də bol qollu matç olacağını deyir. Bu oyun üçün 2,5 Üst seçimini təklif edirəm.