Günün kuponu – 05.01.2022

Günün kuponu – 05.01.2022

“Mirandes” – “Rayo Valekano” – 2 [nowbetnow-dynamic dyn_code=1012]

İspaniya Kral Kubokunda  mərhələnin qalibi bir oyunun nəticəsinə əsasən müəyyənləşir. Ona görə La Liqada 6-cı sırada qərarlaşan “Rayo Valekano” sequnda təmsilçisi “Mirandes”lə “haqq-hesabı” elə rəqib meydanında “çürütməlidir”. “Rayo Valekano” kimi komandalar üçün mövsümün sonunda La Liqada ilk “dördlüy”ə düşmək çox nadir hallarda olur, ona görə əsas ümidlərini kubok yarışına bağlayırlar. Sequndada 15-ci yerdə olan “Mirandes” bəlkə də “Rayo Valekano” ilə oyunu əlavə vaxta, penaltilər seriyasına qədər uzada bilər. Amma qonaqlar bu matça tam gücünü sərf etsə, qalib gələcək.

“Alkoyano” – “Real Madrid” – 2 [nowbetnow-dynamic dyn_code=1013]

Tərəflərin adları heç müqayisəyə gəlmir. Amma düz 1 il əvvəl, elə yanvarda keçirilən İspaniya Kubokunun 1/16 final görüşündə “Real” məhz bu komandaya uduzaraq yarışı tərk etmişdi. Əsas vaxtı 1:1 görüşdə “Alkoyano” 115-ci dəqiqədə vurulan qolla turu keçmişdi. Amma “Kral Klubu” çətin ki, ötən ilki “hədiyyə”ni təkrarlasın. Yeni ilin ilk matçında “Hetafe”yə sürpriz məğlubiyyət (0:1) onsuz da fanatları qıcıqlandırıb. 3 gün ərzində ikinci “sürpriz”ə “Real”ın imkan verəcəyinə inanmıram. Ortada ad-san, nüfuz məsələsi var. Ona görə də oyun 2.

“Valyadolid” – “Betis” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1014]

“Valyadolid” sequndanın, “Betis” isə La Liqanın liderlərindəndir. Hər iki komandanın hücum xətti məhsuldarlığı ilə diqqət çəkir. “Valyadolid” Sequndada 22 turda 34, “Betis” isə primeroda 19 oyuna 32 qol vurub. Bu qarşılaşmadan 2,5 üst gözləməyə dəyər.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Torino”dan gedir

Növbəti yazı

Sürpriz kupon – 05.01.2022