Günün kuponu – 04.12.2023
Torino – Atalanta QOL/QOL
Cari mövsüm A seriyasında 6 qələbə qazanan “Atalanta” liderlər qrupunu izləyərək 7-ci sıradadır. Son 3 turda qələbəyə həsrət qalan qonaqlar mövqeyini zəiflədib. 2019-cu ildən etibarən “Torino” bu rəqiblə dueldə 3 xal qazanmayıb. Fikrimcə bu oyunda qonaqlar sevinəcək.
Fənərbağça – Sivasspor 1
Lider “Qalatasaray”dan 3 xal geri qalan sarı lacivərdlilər qələbə qazanmaqla zirvəyə şərik olacaq. “Fənər” bu şansı maksimum istifadə etməyə çalışacaq. Sivaslıların heyətdəki problemlərini nəzərə alaraq meydan sahiblərinin qələbəsinə inanıram.
Midyullend – Viborq ÜST2.5
Danimarka çempionatında iki hakimiyyətlilik davam edir. “Midyullend” “Kopenhagen”lə zirvəyə şərikdir. Qonaqlar ikinci altılıqdadır. Amma hər zaman meydan sahibləri üçün uğursuz rəqib olub. Ötən mövsüm kubok mübarizəsində “Midyullend” məhz “Viborq”a məğlub olub.