Günün kuponu – 04.07.2023
Norveç (U-19) – Yunanıstan (U-19) 1
19 yaşlı futbolçular arasında Avropa çempionatını Malta qəbul edir. B qrupunda mübarizə aparan Norveç və Yunanıstan ilk oyunlarına çıxırlar. Skandinaviyalılar son 3 oyunlarını qələbə ilə başa vurublar. Norveç martın 25-də Fransanı 2:1 heabı ilə məğlub etmişdi. Norveçlilər qitə çempionatına da uğurlu nəticə ilə başlaya bilərlər.
İslandiya (U-19) – İspaniya (U-19) QOL/QOL
İslandiya son iki görüşdə qalib gəlib. Adalılar martda hətta İngiltərəni də məğlub etmişdilər – 1:0. İspaniya isə aydın məsələdir ki, qitə çempionatının əsas favoritlərindən biridir. Düşünürəm ki, hər iki komandanın qol vurmaq imkanları olacaq.
RFS – Jelqava ÜST 2,5
RFS Latviya çempionatında 2-ci yeri tutur və lidr “Riqa”dan cəmi bir xal geri qalır. “Jelqava”nı isə təhlükəli zonadan bir xal ayırır.
“Jelqava” son 3 oyunda qələbə qazana bilməyib. Bu komandalar arasında son üç görüşdən ikisində RFS böyük hesabla qalib gəlib.