Günün kuponu – 02.03.2023

Günün kuponu – 02.03.2023

“Real” – “Barselona” – QOL/QOL

Hansı turnirdə qarşılaşmasından asılı olmayaraq “Real” – “Barselona” afişası bir azarkeşin gözlədiyi və görəcəyi ən möhtəşəm futbol hadisələrindəndi.

Hazırda kimin hansı formada olması bu prinsipial mücadilədə ikinci plana düşür.

“El Klassiko” varsa, mütləq qollar da var!

Qol/Qol variantını sınamağa dəyər.

“De Qrafşap” – “Ayaks” – 2

“Ayaks” aşağı liqadakı rəqibindən hərtərəfli üstündü. Amsterdamlıların təkcə ustalığı bu görüşdə nəticəni həll edəcək əsas məqam ola bilər. Bukmekerlər də qonaqların qələbə qazanacağına əmindi.

PSV Eyndhoven – Den Haaq – 1

Niderland kubokunun 1/4 finalını  daha bir cütündə aşkar favorit bəllidi. PSV möcüzə baş verməsə elə ilk oyundaca cütün taleyini həll edəcək potensialdadı.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Traore Madrid yolunda

Növbəti yazı

Sürpriz kupon – 02.03.2023