Sürpriz kupon – 02.03.2023
“Real” – “Barselona” – 1
“Real” Çempionlar Liqasında “Liverpul” üzərində fantastik əzmkar qələbədən və faktiki növbəti mərhələyə vəsiqəni təmin edəndən sonra bu kubok qarşılaşmasında La Liqada 7 xal geri qaldığı əzəli rəqibi məğlub etməyə çalışacaq. Komandaların hazırki durumuna diqqət yetirsək,
Madriddə Benzemanın komandasının əlverişli nəticə əldə edəcəyini proqnozlaşdıra bilərik.
“De Qrafşap” – “Ayaks” – QOL/QOL
Qonaqların evə rahat yollanmaq üçün hücum edəcəyi və qollar vuracağı ehtimalı yüksəkdi. Azarkeşlərinin də böyük dəstək verəcəyi meydan sahibləri bu şəraitdə fürsətdən istifadə edib ən azı 1 qol vura bilər.
PSV Eyndhoven – Den Haaq – Fora – 1 (-2)
PSV ev matçında mərhələnin taleyini həll etməyə çalışacaq. Eyndhovenlilərin bunu bacarmaq üçün kifayət qədər yaxşı imkanları var. Meydan sahiblərinin fərqli hesabla qələbəsinə mərc etmək olar.