Günün kuponu – 02.03.2022
“Hannover” – “Leypsiq” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1198]
3 ildir bundesliqanı tərk edən “Hannover” 2-ci liqada “baş girələyir”. Hazırda 12ci yerdə olan komandanın bu mövsüm bundesliqaya dönmək şansı yoxdur. Amma kubok oyunları Almaniyada başqa ab-havada keçir. Xüsusən də rəqib ölkənin futbol elitasının təmsilçisidirsə…
Fikrimcə, 2-ci bundesliqada son 3 turda uduzmayan meydan sahibi nüfuzlu rəqibinə qarşı kubokun 1/4 final matçında da inadla müqavimət göstərəcək. Hər iki komandanın qol vuracağına inanıram. Bu komandalar arasında baş tutan əvvəlki duellərdə olduğu kimi.
“Olimpiakos” – “Asteras Tripolis” – YOX/QOL [nowbetnow-dynamic dyn_code=1199]
Superliqanın lideri olan “Olimpiakos” ən yaxın izləyicisi PAOKu 13 xal qabaqlayır. Bu baxımdan oyun 1 variantına etibar etmirəm, lider üçün nəinki heç-heçə, məğlubiyyət belə vəziyyətində ciddi fərq etməyəcək. Amma yox/qola güvənmək olar. “Olimpiakos” 2 oyuna Avroliqada “Atalanta”dan 5 qol buraxsa da, Yunanıstan çempionatında qarşısına çıxan yoxdur. Komanda son 4 qələbəsinin hamısını qapısından qol buraxmadan qazanıb. Elə “Asteras Tripolis”də də oxşar durumdur. Komandanın son 3 matçında qarşılıqlı qollar olmayıb. Qısası, yox/qol variantı mənə daha real görünür.
“Hamburq” – “Karlsrue” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1200]
2-ci bundesliqa təmsilçilərinin Almaniya Kubokunda 1/4 final görüşü. Yarımfinala vəsiqə bir oyunla həll olunduğundan komandaların bütün bacarığını ortaya qoyacağı şübhə doğurmur. Çempionatda son 2 matçda cəmi bir xal qazanan iddialı “Hamburq” bununla 4-cü sıraya yuvarlanıb. Azarkeşlər önündə bəraət üçün kubok matçında qələbə üçün oynayacaqlar. “Karlsrue”nin isə son 3 oyunda uduzmadığını nəzərə alsaq, demək ki, baxımlı, qollu bir matç gözləməyə dəyər.