Günün kuponu – 02.02.2023

Günün kuponu – 02.02.2023

“Kayserispor” – “İstanbul Başakşəhər” ÜST2.5
Superliqada 22-ci tur maraqlı oyunlarla davam edir. Çempionatda ardıcıl iki oyunda qələbə qazanan “Başakşəhər” indi Kayseriyə yollanacaq. Maraqlıdır ki, meydan sahibləri daim bu rəqibə qarşı yaxşı oyunla fərqlənib. Son üç görüşdən ikisində “Kayserispor” qələbə qazanıb.

“Konyaspor” – “İstanbulspor” 1
Səkkizinci pillədə olan Konya təmsilçisi liderlərdən çox uzaqlaşıb. Amma ardıcıl qələbələr sayəsində irəliləmək imkanı var. 7 oyun qələbə üzünə həsrət olan meydan sahibləri ardıcıl 4 matçda məğlubiyyət acısı yaşayıb. Qonaqlar son dəfə Konya klubunu 19 il əvvəl məğlub edib.

“Adana Dəmirspor” – “Fənərbağça” ÜST2.5
Liderdən 4 xal geri qalan sarı lacivərdlilər 5-ci sırada olan Adana təmsilçisinin qonağı olacaq. Əzəli rəqibi “Qalatasaray”a uduzandan sonra ardıcıl 4 matçda qələbə qazanan “Fənər” üçün 3 xal çox vacibdi.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Atletiko”da yeni müdafiəçi

Növbəti yazı

Sürpriz kupon – 02.02.2023