Günün kuponu – 01.10.2023
“Nottinqem”F – “Brentford” Q-Q
Premyer liqanın ortabab komandaları qarşılaşır. Ev sahibi 6 turdan sonra 7 xal qonaq “Brentford” isə 6 xal toplayıb. Bu oyunda favorit yoxdur. Belə olan halda qol-qol proqnozu ilə kifayətlənmək olar.
“Atletiko”M – “Kadiz” 1
Baxmayaraq ki “Kadiz” çempionatın əvvəlində xal yığmağı bacarıb, lakin çətin səfər qarşılaşması onları gözləyir. Çətin ki “Atletiko” əlinə düşən bu qələbə fürsətini qaçırsın. 2 oyun az keçirən “Atletiko” növbəti qələbəsini qazanıb liderlər qrupuna yaxınlaşacaq.
“Atalanta” – “Yuventus” Q-Q
Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar qarşılaşır. Açıq aşkar bu oyunda favorit yoxdur. İki eyni səviyyəli komandalar görüşür. Hər iki komanda hücumda məhsuldarlıq nümayiş etdirir. Bu amili nəzərə alıb qol-qol üzərində dayanırıq.