Günün kuponu – 01.04.2022
“Union Berlin” – “Köln” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1231]
Milli komandaların oyunları ilə bağlı yaranan fasilə başa çatır. Almaniya Bundesliqsında avrokuboklara vəsiqə qazanmaq istəyən “Köln” “Union” səfərinə yollanır. Meydan sahiblərinin bir neçə aparıcı futbolçusu bu görüşü buraxmalı olacaq. Hər iki komanda fasilə dövründə yoxlama oyunu keçirib. “Union” bərabəra qaldığı halda, “Köln” aşağı liqa təmsilçisini darmadağın edib – 8:1.
“Union” 3 oyundur ki, Bundesliqada qələbə qazana bilmir. Komanda bundan əvvəlki turda “Bayern Münhen”ə böyük hesabla uduzmuşdu – 0:4.
“Köln” isə fasilədən əvvəl “Borussiya Dortmund”dan bir xal ala bilmişdi – 1:1.
Bu komandaların son 5 oyununda qarşılıqlı qollar qeydə alınıb. Bu dəfə də qol/qola mərc etmək olar.
“Dinamo Drezden” – “Şalke” – 2 [nowbetnow-dynamic dyn_code=1232]
“Dinamo Drezden” son qələbəsini dekabrın 12-də “Aue” üzərində qazanıb. Drezden klubu artıq 10 oyundur ki, qələbəyə həsrətdir. Düzdür, komanda son iki görüşdə heç-heçə edə bilib.
“Şalke” isə yenidən Bundesliqaya qayıtmaq üçün əlindən gələni edir. 4-cü yeri tutan Helzenkirhen klubu lider “Sankt Pauli”dən cəmi 4 xal geri qalır. Qarşısına daha ciddi məqsədlər qoyan “Şalke” səfərdən qələbə ilə dönə bilər.
“Şlyönsk Vrotslav” – “Lex Poznan” – 2 [nowbetnow-dynamic dyn_code=1233]
Turnir cədvəlində 3-cü yeri tutan “Lex” liderdən 1 xal geri qalır və çempionluq uğrunda mübarizəni davam etdirir.
Təhlükəli zonadan uzaqlaşmağı bacaran “Şlyönsk” son iki oyunda uduzmayıb. Amma I dövrədə “Lex” öz meydanında “Şlyönsk”ın qapısından 4 cavabsız top keçirmişdi. Ümumiyyətlə, son 5 matçda “Şlyönsk” Poznan komandasını məğlub edə bilməyib.